BSU logo

TƏLİMAT

1. Ərizə formasını yükləyirsiniz. Bunun üçün Sizə iki ərizə forması təklif olunur:
a) Akademik borcun ləğv edilməsi ilə bağlı və b) Qiymətin yüksəldilməsi ilə bağlı

2. MS Word proqramında açılan ərizəni elektron formada doldurursunuz. Bu zaman diqqət edin ki, götürdüyünüz fənnlərin kreditinin ümumi sayı 10-u keçməsin.

3. Yay semestri üçün hər fənn üçün ödəniş aşağıdakı qaydada hesablanır:
İllik təhsil haqqı : 60 x Fənnin krediti.
Məsələn: 1800 AZN/60*3=90 AZN

4. Nəzərə alın ki, fənn üzrə qrupda yalnız bir tələbə olarsa, o əlavə bir nəfərin yerinə də ödəniş etməli olacaq.

5. Tyutor ixtisasın və fənnin adı, kreditin sayı və auditoriyadaxili saatın miqdarını dəqiq (tələbənin təhsil aldığı tədris planına uyğun olaraq) doldurulmasına məsuliyyət daşıyır.

6. Ərizə formasını çap edib doldurduqdan sonra onu siz və tyutorunuz imzalamalısınız.

7. Ərizənizin qəbulu və əmrlə rəsmiləşdirilməsi üçün bank ödəniş qəbzini ərizəyə tikirsiniz.

8. Son qeydiyyat 12 iyul 2019-cu il tarixi saat 18:00-dək aparılır.

QAYDALAR

1. Yay semestrinin müddəti 15 iyul - 26 avqust tarixlərini əhatə edir (6 həftə).

2. İmtahan müddəti 1 həftədən artıq olmamaqla, yay semestrinin sonuncu həftəsini əhatə edir.

3. Digər universitetlərdən müraciət edən tələbələr rəsmi məktubla birlikdə Tədris işləri üzrə prorektorluğa yaxınlaşmalıdırlar (II mərtəbə, otaq №217).

4. Tələbə yay semestri dövründə maksimum 10 kredit götürə bilər.

5. Fənnin kreditini, ödəniş qaydalarını və digər məsələləri akademik məsləhətçinizdən (tyutor) öyrənə bilərsiniz.

6. Əlavə suallarınız üçün Whatsapp qrupuna üzv ola bilərsiniz

Powered by jqueryform.com