BSU logo

Ödənişli əsaslarla Bakı Slavyan Universitetinin müvafiq ixtisaslarına qəbul olmuş şəxslər aşağıdakı hallarda təhsil haqqından azad olunurlar:

1. Azərbaycan Respublikasının Prezidentinin sərəncamına uyğun olaraq məcburi köçkün düşmüş abituriyentlər aşağıda qeyd olunmuş zəruri sənədləri təqdim etməklə təhsil haqqının ödənilməsindən azad olunurlar:

- Abituriyentin və valideynlərin məcburi köçkün statusunu təsdiq edən vəsiqənin əsli və surəti
- Məskunlaşma və yaşayış yerindən arayış
- Abituriyentin və valideynlərin şəxsiyyət vəsiqələrinin əsli və surəti
- Doğu haqqında şəhadətnamə

2. Azərbaycan Respublikasının Prezidentinin sərəncamına uyğun olaraq məcburi köçkün düşmüş abituriyentlər aşağıda qeyd olunmuş zəruri sənədləri təqdim etməklə təhsil haqqının ödənilməsindən azad olunurlar:

- Valideynlərin ölüm haqqında şəhadətnamənin əsli və surəti
- Valideynlərin nikah haqqında şəhadətnaməsinin səli və surəti
- Abituriyentin doğum haqqında şəhadətnaməsinin əsli və surəti
- Şəxsiyyət vəsiqəsinin əsli və surəti
- Valideynlərin hər hansı birinin əlillik statusu varsa, vəsiqəsinin əsli və surəti, şəxsiyyət vəsiqəsinin əsli və Əmək və əhalinin sosial müdafiəsi nazirliyindən arayış

3. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən, məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları aşağıda qeyd olunan zəruri sənədləri təqdim etməklə təhsil haqqının ödənilməsindən azad olunurlar.

- Abituriyentin şəxsiyyət vəsiqəsinin əsli və surəti
- Valideynin əlillik statusunu bildirən vəsiqəsinin əsli və surəti
- Müdafiə Nazirliyi Mərkəzi Hərbi həkim komissiyasından arayış
- Abituriyentin doğum haqqında şəhadətnaməsinin əsli və surəti

4. Azərbaycan Respublikası Prezidentinin 03 may 2019-cu il tarixli sərəncamına əsasən I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqları xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir və onlar aşağıda qeyd olunan zəruri sənədləri təqdim etməlidirlər:

- Abituriyentin şəxsiyyət vəsiqəsinin əsli və surəti
- I və II dərəcə əlilliyi olan abituriyentlərin əlillik statusunu bildirən vəsiqıənin əsli və surəti
- 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunu bildirən arayışın əsli və surəti

5. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən əhid ailəsi üzvləri aşağıda qeyd olunan zəruri sənədləri təqdim etməklə təhsil haqqının ödənilməsindən aad olunurlar:

- Abituriyentin şəxsiyyət vəsiqəsinin əsli və surəti
- Abituriyentin şəhid ailəsi üzvü olduğunu təsdiq edən sənədlərin əsli və surəti
- Abituriyentin doğum haqqında şəhadətnaməsinin əsli və surəti

DİQQƏT! Hörmətli abituriyent!
Sizin imtiyazınız yuxarıda göstərilən bəndlərin hansına uyğun gəlirsə həmin imtiyaz üzrə tələb olunan sənədlərin əslinin şəkillərini yükləməlisiniz. Həmin sənədlərin əslini və notarial qaydada təsdiqlənmiş surətini özünüzlə dərslər başlayanda gətirəcəksiniz.

Powered by jqueryform.com