“Filoloji elmlər innovativ tədqiqatlar kontekstində” adlı Beynəlxalq еlmi-praktik konfrans

24 dekabr 2020-ci ildə Bakı Slavyan Universitetinin Filologiya və xarici dil müəllimliyi fakültəsində “Filoloji elmlər innovativ tədqiqatlar kontekstində” adlı Beynəlxalq elmi-praktik konfrans keçirəcəkdir.

Konfrans “MS Teams” platforması üzərindən onlayn formada baş tutacaqdır. Konfransa daxil olmaq üçün aşağdakı keçiddən istifadə etmək lazımdır:

Konfransa keçid

Konfransın işi aşağıdakı bölmələr üzrə aparılacaqdır:

  1. Filologiya elmləri
  2. İctimai elmlər
  3. Xarici dillər və onlarınn tədrisi metodikası
  4. Pedaqoji və psixoloji elmlər

Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis

Konfransın təqvimi

Məqalələrin göndərilməsi üçün son tarix:10 dekabr 2020-ci il
Qəbul edilən məqalələr haqqında
məlumatın verilməsi
:
15 dekabr 2020-ci il

Məqalənin tərtibi qaydaları:

  1. Həcmi: 3-5 səhifə
  2. Parametrlər: format: A4, ölçü: 12, şrift: Times New Roman
  3. Abzas: 1,25; interval: 1,5; hər tərəfdən: 2,0 sm

Məqalənin strukturu:

  1. Birinci sətirdə – Müəllifin soyadı, adı, atasının adı (kursivlə), ikinci sətirdə – elmi dərəcəsi iş yeri (kursivlə), üçüncü sətirdə müəllifin işlədiyi təşkilatın və ya müəissənin adı, şəhər, ölkə, elektron ünvanı, əlaqə telefonu, dördüncü sətirdə – məqalənin adı (böyük hərflərlə).
  2. Xülasə: ingilis dilində
  3. Açar sözlər: məqalənin adından sonra göstərilməlidir (Azərbaycan, rus, ingilis dillərində).
  4. İstinadlar məqalənin içində kvadrat mötərizədə verilməlidir. Nümünə [1, s.54].
  5. İstifadə olunmuş ədəbiyyat məqalənin sonunda bu qrif altinda verilməlidir:
    “Ədəbiyyat” sözü ortadan yazilmaqla, durğu işarələrsiz

İştirakla bağlı məlumat və məqalə elektron formada 10 dekabr 2020-ci ildən gec olmayaraq aşağıdakı elektron e-poçt ünvanına göndərilməlidir:
filologiya@tedris-bsu.org

Təşkilat Komitəsi konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələri qəbul etməmək hüququna malikdir.
Təşkilati məsələlərlə bağlı suallarınızı bizə göndərə bilərsiniz.

Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu, Bakı Slavyan Universiteti
Telefon: +994 12 595 28 20
E-mail: filologiya@tedris-bsu.org


Qeyd: Dərc olunmuş məqalələr və sertifikatlar elektron formada məruzələr dinləndikdən və bölmə iclaslarına yekun vurulduqdan sonra iştirakçılara göndəriləcək.

Sosial şəbəkədə paylaşın: