“MS Teams”: Tələbələr üçün təlimat

Tələbələr “MS Teams” platformasına daxil olmaq üçün aşağıdakı mərhələləri icra etməlidir:

  1. www.teams.microsoft.com daxil olun (və ya Play Marketdən müvafiq tətbiqi yükləyin yaxud destkop versiyanı kompyuterinizə yükləyib oradan giriş edin).
  2. Birinci xanaya istifadəçi adınızı qeyd edin: xxxxxxx@bsu-uni.edu.az
  3. İkinci xanaya Sizə təqdim olunmuş müvəqqəti parolunuzu daxil edin: **************
  4. Diqqət! Bu zaman mütləq Sizə verilmiş müvəqqəti parolu dəyişmək lazım gələcək. Sistemə ilk dəfə daxil olan zaman aşağıdakıları icra etməlisiniz:

Nümunə:

Login:
ahmadov.ahmad.r@bsu-uni.edu.az

Sizə verilmiş müvəqqəti parol:
AbCdeEF+++

Sizin yeni parolunuz:
**********

Yeni parolunuzun təkrarı:
**********

Qeyd. Yeni parol minimum 8 simvol olmalıdır. Tərkibində mütləq bir böyük, bir kiçik hərf və bir rəqəm olmalıdır.

Funksiyalar

Chat – ən yuxarı cərgədə əlaqə saxlamaq istədiyiniz həmkarın adını yazmağa başlayın, siyahıdan Sizə lazım olan şəxsi seçin. Həmin şəxsi seçdikdən sonra yazı, video, və səsli danışıq imkanı əldə edirsiniz. Chat-a limitsiz sayda şəxs əlavə etmək mümkündür, bunun üçün sağ yuxar küncdə + işarəsini sıxmaq kifayətdir;

Teams – bir layihə üzərində işləyən həmkarları birləşdirmək və iş bölgüsünün təşkili imkanı;

Assignments – sorğuların təşkili, tapşırıqların verilməsi və izlənməsi imkanı;

Calendar – təqvimin tutulması, görüşlərin təşkili, onlayn video bağlantının təyin olunması;

Calls – son əlaqə saxladığınız həmkarların kontaktları;

Files – sənədlərin göndərilməsi və bölüşmə imkanı.

Təhsil Nazirliyi tərəfindən tələbələr üçün video təlimat

BSU-nun IT şöbəsinin tələbələr üçün hazırladığı video təlimat

Sosial şəbəkədə paylaşın: