“MS Teams”: Ümumi istifadəçi təlimatı

Bakı Slavyan Universiteti müəllim heyəti və tələbər üçün istifadəçilər artıq yaradılmışdır. İstifadəçilərin login və parollarının əks olunduğu siyahılar (həm müəllim, həm tələbələr üçün) müvafiq sturktur bölmələrinə təqdim olunmuşdur.

Müəllimlər və tələbələr “MS Teams” platformasına daxil olmaq üçün aşağıdakı mərhələləri icra etməlidir:

  1. www.teams.microsoft.com daxil olun (və ya Play Marketdən müvafiq tətbiqi yükləyin yaxud destkop versiyanı kompyuterinizə yükləyib oradan giriş edin).
  2. Birinci xanaya istifadəçi adınızı qeyd edin: xxxxxxx@bsu-uni.edu.az
  3. İkinci xanaya Sizə təqdim olunmuş müvəqqəti parolunuzu daxil edin: xxxxxxxxxxx
  4. Diqqət! Bu zaman mütləq Sizə verilmiş müvəqqəti parolu dəyişin. Parolunuz yadda qalan ancaq çox sadə olmamalıdır.

Sistemə bu qaydada daxil olacaqsınız. Nümunə:

Login:
ahmadov.ahmad.r@bsu-uni.edu.az
Parol:
AbCdeEF+++
Sonra yeni açılan pəncərədə birinci xanaya əvvəlcə kafedradan Sizə verilən “köhnə” parolu daxil edirsiniz.
Sonra daha aşağıdakı iki xanaya yeni parolunuzu təkrar olmaqla iki dəfə daxil edirsiniz.

Əsas funksiyalar

 Chat – ən yuxarı cərgədə əlaqə saxlamaq istədiyiniz həmkarın adını yazmağa başlayın, siyahıdan Sizə lazım olan şəxsi seçin. Həmin şəxsi seçdikdən sonra yazı, video, və səsli danışıq imkanı əldə edirsiniz. Chat-a limitsiz sayda şəxs əlavə etmək mümkündür, bunun üçün sağ yuxar küncdə + işarəsini sıxmaq kifayətdir;

Teams – bir layihə üzərində işləyən həmkarları birləşdirmək və iş bölgüsünün təşkili imkanı;

Assignments – sorğuların təşkili, tapşırıqların verilməsi və izlənməsi imkanı;

Calendar – təqvimin tutulması, görüşlərin təşkili, onlayn video bağlantının təyin olunması;

Calls – son əlaqə saxladığınız həmkarların kontaktları;

Files – sənədlərin göndərilməsi və bölüşmə imkanı;

“MS Teams” platformasına qoşulmaq üçün ümumi videotəlimat.

Müəllimlər üşün videotəlimat №1
Dərs materialların bölüşməsi, onlayn mühazirələrin təşkili qaydaları

Müəllimlər üşün videotəlimat №2
Tapşırıqların hazırlanması, testlərin yaradılması və qiymətləndirmənin aparılması

Təhsil Nazirliyi tərəfindən tələbələr üçün videotəlimat

BSU-nun IT şöbəsinin tələbələr üçün hazırladığı videotəlimat

BSU-nun IT şöbəsindən: MS Teams – İlk təlimat

BSU-nun IT şöbəsindən: “MS Teams”: Elektron lövhə və ofis sənədləri üzərində birgə iş

BSU-nun IT şöbəsindən: “MS Teams”: Sərbəst işlərin Teams-ə yerləşdirilməsi

BSU-nun IT şöbəsindən: “MS Teams”: Final təlimat. Qrup birləşməsi/yarımqrup yaratmaq və dərsi təşkil etmək.

Sosial şəbəkədə paylaşın:
  • 29
    Shares