BSU tərəfindən növbəti dezinfeksiya tədbiri – VİDEO

Bakı Slavyan Universitetində (BSU) infeksiyalara yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə dezinfeksiya işləri və qabaqlayıcı tədbirlər davam etdirilməsi çərçivəsində universitetin tələbə yataqxanasında da dezinfeksiya işləri aparılıb.

Nərimanov Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər Binəqədi rayonu, Ceyhun Hacıbəyli küçəsi, 152-də fəaliyyət göstərən 3 saylı yataqxanasında həyata keçirilib. Dezinfeksiya işlərində yüksək keyfiyyətli dərman preparatlarından istifadə olunub.

Koronavirusa (COVID-19) qarşı təkrar tibbi-profilaktik və dezinfeksiya işləri bütün yataqxana binasında, pilləkənlər, koridorlar, tələbələrin məskunlaşdığı otaqlar, sanitar qovşaqlarında aparılmışdır.
BSU-nun inzibati təsərrüfat işləri üzrə prorektoru Nurəddin Quliyev bildirib ki, ümumilikdə ali təhsil müəssisəsində sanitar-epidemioloji vəziyyətin nəzarətdə saxlanılması, tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin icrası universitet rəhbərliyinin daima diqqət mərkəzindədir.

Sosial şəbəkədə paylaşın: