Təlimat

Bakı Slavyan Universitetində distant təhsil texnologiyaları ilə tədrisin təşkil olunması haqqında
TƏLİMAT

Hörmətli  həmkarlar!

Bakı Slavyan Universiteti rektorunun müvafiq əmrinə əsasən, tələbələrə lazım olan bütün zəruri tədris materiallarının – mühazirə mətnlərinin, sillabusların, sərbəst iş mövzularının, imtahan sualalrının və s. çatdırılması, qavranılması nisbətən çətin və əyani izah tələb edən mövzuların daha keyfiyyətli mənimsənilməsi üçün video­mühazirələrin hazırlanması, müəllim və tələbələr arasında məsafədən əlaqənin təmin edilməsi, həmçinin kredit sistemi ilə tədrisin təşkili qaydalarına uyğun qiymət­ləndirilmənin aparılması məqsədilə “Microsoft Teams” və “Moodle LMS” platformaları üzərindən həyata keçirməyi planlaşdırır.

1.Tədris planında nəzərdə tutulmuş materialların mənimsənilməsi üçün bütün zəruri elektron tədris materiallarının müvafiq platformaya yüklənməsi və tələbələr üçün əlçatan edilməsi;

2.Mənimsənilmiş materialların qiymətləndirilməsinin aparılması üçün onlayn sual-cavab və qiymətləndirilmənin aparılması

Bunun üçün bu prosesin iki mərhələdən həyata keçirməsi nəzərdə tutulub.

Hal-hazırda I mərhələnin həyata keçirilməsi üçün müəllimlərdən və tyutor­lardan aşağıdakılar tələb olunur:

Müəllimlər:

25.03.2020-ci il tarixinə kimi tyutorlara aşağıda nəzərdə tutulmuş tədris fayllarını göndərsinlər:

1) Mühazirə mətnlərini (“MS Word” və “MS PowerPoint” sənədlərində).

Diqqət! Mühazirə mətni olan fayllar ardıcıl olaraq aşağıdakı şəkildə adlandırılmalıdır: “Mühazirə№1”, “Mühazirə№2”. (Tədris rus və digər dillərdə olan qruplar üçün “Лекция№1”, “Лекция№2” и т.д. / “Lecture№1″, Lecture№2” etc).

2) İmtahan suallarını

Diqqət. İmtahan suallarının olduğu MS Word sənədi fənnin adı ilə adlandırılmalıdır.

3) Sərbəst iş mövzularının adı (MS Word)

Diqqət! MS Word sənədin adında tələbənin adı, akademik qrupunun nömrəsi və fənnin adı əks olunmalıdır.

4) Sillabusları (MS Word)

Diqqət! MS Word sənədin adında müəllimin adı, fənnin adı, hansı bölməyə (rus, Azərbaycan) aid olduğu qeyd olunmalıdır.

5) Videomühazirələri (.mp4, .wmv yaxud .avi formatında)

Videomühazirə mövzunun xüsusiyyətindən, praktik çalışmaq dərəcəsindən asılı olaraq “ScreenRecorder”-lə, Smartfonların ön kamerası ilə offlayn rejimdə qeydə alına, “Microsoft Team” platformasından istifadə edən müəllimlər isə onlayn rejimdə həyata keçirilə bilərlər.

“ScreenRecorder” proqramı və həmin proqramla işləmək üçün təlimat www.tedris-bsu.org saytında yerləşdirilib.

Tələbə sayının çoxluğunu və hamının real vaxt rejimində onlayn olmasının çətinliyini nəzərə alaraq, biz tövsiyə edirik ki, praktik çalışmalar və geniş izahat tələb edən mövzular (riyaziyyat, informatika, məntiq, xarici dil və s. fənlər üzrə) “ScreenRecorder”  vasitəsilə videoformata salınaraq tələbələrə təqdim olunsun. Əgər müəllim hər hansı mühazirənin və ya seminarın real vaxt rejimində keçirilməsini zəruri hesab edirsə, “Microsoft Team” platformasında qeydiyyatdan keçməlidir və tələbələrin də həmin platformada qeydiyyatdan keçməsini təmin etməlidir.

“Microsoft Team” platformasında bütün zəruri alətlər və fayllar, tapşırıq üzərində komanda şəklində və fərdi qaydada işləmək, praktik çalışmalar yerləşdirmək və müəyyən vaxt ərzində qoyulmuş məşğələ tapşırıqlarının yerinə yetirilmə dərəcəsinə uyğun olaraq müvafiq  qiymətləndirməni aparmaq mümkündür.

“Microsoft Team” platformasından əvvəlcə müəllimlər qeydiyyatdan keçməlidirlər. Daha sonra müəllimlər öz tələbələrini sistemə dəvət edəcəklər. Qeydiyyatdan keçmək istəyən müəllimlər (+994506430293 nömrəsi ilə Whatsapp və Telegram kanalı üzərindən –  Nurlan m.) əlaqə saxlaya bilərlər.

Tyutorlar:

1) 27.03.2020-ci il tarixinə kimi müəllimlərdən tələb olunan bütün faylları komplektləşdirib (hansı mühazirə hansı akademik qruplar üçün nəzərdə tutulub, rus yaxud Azərbaycan bölməsinə aiddir və s.) mammedli.nurlan@gmail.com elektron poçt ünvanına göndərməlidirlər. Müəllimlər tərəfindən bu elektron poçt ünvanına göndərilən fayllar nəzərə alınmayacaqdır. Fayllar yalnız tyutorlardan qəbul olunur.

Tələbələr:

1) Bakı Slavyan Universitetinin elektron tədris platforması olan www.tedris-bsu.org saytına daxil olsunlar.

2) Həmin saytın əsas səhifədə yerləşən “Tədris strukturu” modulunda göstərilən təhsil səviyyəsini seçsinlər.

3) Təhsil aldıqları fakültəni və fakültənin tərkibindəki ixtisası seçsinlər.

4) Seçilmiş ixtisasda yer alan öz akademik qruplarını tapıb üzərinə klik etsinlər.

5) Tədris resursları hələlik Pedaqoji fakültənin müəyyən akademik qrupları üçün aktivdir. 27.03.2020-ci il tarixindən sonra bütün akademik qruplar aktiv ediləcək.


II mərhələ (sorğuların və qiymətləndirilmənin aparılması qaydaları) barədə təlimat müvafiq tarixdə tələbə-müəllim və tədrisə yardımçı heyətə təqdim ediləcəkdir.


Distant təhsil səhifəsinə qayıt

Sosial şəbəkədə paylaşın: