Distant təhsil (Bakalavriat)

Hörmətli müəllimlər və tələbələr!

Sizə də məlum olduğu kimi, Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVİD – 19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin martın 29-dan aprelin 18-dək (ilk tədris günü aprelin 20-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunmuşdur.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi tədris prosesinin dayandırıldığı müddət ərzində təhsilalanlara təhsil proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi və təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə ali təhsil müəssisələrinə tədrisin onlayn təşkil edilməsini və distant təhsil texnologiyalarından istifadəni tövsiyə etmişdir.

Bakı Slavyan Universiteti rektorunun müvafiq əmrinə əsasən, tələbələrə lazım olan bütün zəruri tədris materiallarının – mühazirə mətnlərinin, sillabusların, sərbəst iş mövzularının, imtahan sualalrının və s. çatdırılması, eləcə də qavranılması nisbətən çətin və əyani izah tələb edən mövzuların daha keyfiyyətli mənimsənilməsi üçün video­mühazirələrin hazırlanması, müəllim və tələbələr arasında məsafədən əlaqənin təmin edilməsi, həmçinin kredit sistemi ilə tədrisin qaydalarına uyğun qiymətləndirilmənin aparılması məqsədilə “Microsoft Teams” platforması və Avropa İttifaqının ERASMUS+ proqramının PETRA layihəsi çərçivəsində yaratmış olduğu “Moodle LMS” platforması üzərindən həyata keçirməyi planlaşdırır.

Distant təhsil texnologiyaları pilot olaraq ilkin mərhələdə Pedaqoji fakültəni əhatə edəcəkdir.

Hörmətli müəllimlər və tələbələr!

Əvvəlcə bu Təlimatla tanış olmağınızı tövsiyə edirik.

Yerləşdirilən zəruri tədris materiallarını əldə etmək üçün xahiş edirik tədris etdiyiniz / təhsil aldığınız fakültə və ixtisaslar üzrə seçim edəsiniz:

Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsi

Pedaqoji fakültə

Məktəbəqədər təlim-tərbiyə və ibtidai təhsil fakültəsi

Tərcümə fakültəsi

Filologiya və xarici dil müəllimliyi fakültəsi

Azərbaycan filologiyası fakültəsi

Əlavə və qiyabi təhsil şöbəsi


Hörmətli müəllimlər və tələbələr!
Distant təhsil üçün Microsoft Team platformasına buradan daxil olun yaxud həmin platformanı Play Marketdən telefonunuza yükləyin.


Sosial şəbəkədə paylaşın: