BSU-nun müəllim və tələbələri ağacəkmə aksiyasında fəal iştirak ediblər

Noyabrın 11-də Heydər Əliyev Fondu tərəfindən Bakının Xətai rayonunda salınan yeni “Gənclik” parkında “Təbiət naminə birləş! Həyat naminə birləş!” layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib. Aksiyada Bakı Slavyan Universitetinin (BSU) 350-dən çox müəllim və tələbəsi iştirak edib. Ağacəkmə aksiyasında fəal   iştirak edən BSU-nun müəllim və tələbələri tərəfindən 500-dən çox ağac əkilib.

Sonra tədbir çərçivəsində ərazidə müxtəlif əyləncəli və musiqili proqramlar, yarışlar təşkil olunub.

Sosial şəbəkədə paylaşın: