BSU-nun tələbələri “Qarabağ Azərbaycandır!” mövzusunda keçirilən esse müsabiqəsində iştirak edirlər

Noyabrın 1-də Yeni Azərbaycan Partiyasının (YAP) Nəsimi rayon təşkilatı tərəfindən rayon ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan  tələbələr arasında “Qarabağ Azərbaycandır!” mövzusunda esse müsabiqəsinin keçirilməsinə başlanılıb. Bununla əlaqədar olaraq bütün universitetlərdə tələbə-gənclər arasında maarifləndirmə işi aparılıb. Məlumat üçün bildirək ki, qısa müddət ərzində bu müsabiqədə iştirak etmək üçün 3 mindən çox gənc müraciət edib. Müraciət edənlərin arasında xarici tələbələr də var. Xarici tələbələr arasında qardaş Türkiyədən olan gənclər daha çox üstünlük təşkil edir.

Müsabiqə çərçivəsində ilk tədbir  Bakı Slavyan Universitetində (BSU) təşkil edilib. BSU-nun hər iki tədris binasında keçirilən tədbirdə bu ali məktəbin 500 nəfərə yaxın tələbəsi iştirak edib.

Tədbiri giriş sözü ilə açan  BSU-nun rektoru, YAP-ın Qadınlar Şurasının sədri, professor Nurlana Əliyeva və Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, YAP-ın Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı  tələbə-gənclərə esse müsabiqəsində uğurlar arzulayıblar.

Qeyd edək ki, müsabiqənin nəticələri bu ilin dekabr ayının sonuncu həftəsində elan olunacaq və qaliblər mükafatlandırılacaq.

Sosial şəbəkədə paylaşın: