BSU-nun əcnəbi tələbələrinin Pakistan sərgisinə ekskursiyası

Oktyabrın 29-da Bakı  Slavyan Universitetində (BSU) təhsil alan əcnəbi tələbələrə dünya mədəniyyətini tanıtmaq məqsədilə onların Bakı İdman Sarayında keçirilən Pakistan mədəni-ictimai sərgisinə ekskursiyası təşkil edilib. Ekskursiyada BSU-nun müxtəlif təhsil səviyyələrində və müxtəlif ixtisaslar üzrə təhsil alan 10 nəfər əcnəbi tələbəsi iştirak edib. Sərgidə Pakistanın məişət, ərzaq və digər məhsulları nümayiş olunub.

Sərginin bələdçiləri  tərəfindən stendlərdə nümayiş olunan xalçalar, milli geyimlər, zərgərlik məmulatları və digər eksponatlar haqqında tələbələrə Azərbaycan, ingilis və rus dillərində geniş məlumat verilib. Ekskursiya zamanı tələbələri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.

Sosial şəbəkədə paylaşın: