Bakı Slavyan Universiteti Samsunda beynəlxalq tədbirdə

Türkiyənin Samsun şəhərində Samsun Valiliyi, On Doqquz May Universiteti, Yunus Əmrə İnstitutu və Türk Dili Qurumunun birgə təşkilatçılığı ilə XI Beynəlxalq Dünya Dili Türkcə Simpoziumu keçirilib. Müxtəlif ölkələrin 300-dən çox nümayəndəsinin iştirakı ilə keçirilən bu tədbirdə türkologiyanın aktual problemlərinə həsr olunmuş məruzələr dinlənilib. Tədbirdə Bakı Slavyan Universitetinin (BSU) alimləri də öz məruzələri ilə çıxış ediblər.

Türk dünyasının bir araya gəlməsində önəmli rolu olan simpoziumda BSU-nu Azərbaycan filologiyası  fakültəsinin Müasir Azərbaycan dili kafedrasının müəllimi Şəhla Əhmədova “Azərbaycan dilində sayların  semantikasının  leksikoqrafik həlli”, Türkologiya kafedrasının dosenti Xatirə Abdullayeva “Klassik ədəbi dildə işlənən ərəbizmlərdən antroponimliyə keçid”, həmin kafedranın  dosenti Gülnarə Əliyeva “XX əsrdə Rusiyada türk lüğətçiliyi araşdırmaları” və Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müəllimi   Ziyafət Qasımova “Azərbaycan mədəniyyəti nümunələrinin xalaç variantlarına uyğunluğu” adlı məruzələri ilə təmsil edib.

Simpozium iştirakçıları tədbir çərçivəsində Samsun şəhərinin tarixi və görməli yerləri ilə də tanış olublar. 

Sosial şəbəkədə paylaşın: